Anar Nağılbaz ifadə verdi
Tarix: 10-02-2015, 13:34 | Çap et
Anar Nağılbaz ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən hüquq müdafiəçisi hakim və dövlət ittihamçısının suallarını cavablandırıb. O, ona qarşı qaldırılan bütün ittihamları rədd edərək, özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxs qismində ifadə verən Anar Nağılbaz Rəsul Cəfərovla cəmi bir layihədə çıxış etdiyini və xidməti müqabilində əmək haqqı aldığını bildirib. A.Nağılbaz özünü zərərçəkmiş hesab etmədiyini deyib.

Məhkəmə prosesi günün 2-ci yarısında davam edəcək

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

(lent.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net