Cəlilabadda poçt şöbəsi qaranlığa qərq olub-VİDEO
Tarix: 15-07-2015, 17:04 | Çap et
Cəlilabadda poçt şöbəsi qaranlığa qərq olub-VİDEO
Belə ki,əməkdaşlarımızın verdiyi məlumata görə rayonda yerləşən poçt şöbəsinə artıq səhər saatlarından etibarən,elektrik enerjisi verilmir. Məlum məsələdir ki, poçtda bütün işlər elektrik enerjisi ilə görülür.Buna görə də poçt səhər saatlarından başlayaraq ,işləmir. BTV bildirir ki,bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur.Görüntülərdən də göründüyü kimi işıqsızlıq işi yubadır,nəticədə poçtda növbə yaranıb. Diqqətimizi çəkən məqam, rayonun poçt şöbəsinin əlavə elektrik maşının yəni el diliylə desək genaratorlarının olmamasıdır. Əslində bu elektrik maşını ehtiyat üçün hər bir idarədə olmalıdır ki, bənzər hallar baş verdikdə işin gedişində heç bir problem yaranmasın.
Qeyd edək ki, əməkdaşlarımız poçtda çəkiliş edərkən, orada qayda-qanunlara da riayət edilmədiyinin şahidi olublar. Belə ki,kadrlardan da göründüyü kimi poçt mühafizəçisi xidməti geyiminə hörmətsizlik edərək , öz baş geyimini oradaca qoyub və idarəni tərk edib. Onun iş masasında isə hansısa bir abunəçi əyləşib. Hər halda görünən odur ki, burada kim nə istəyir onu da edir və onlara gözün üstündə qaşın var deyən də yoxdur!







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net