ƏSMM kürsüsündə Yardımlıdan Yasamala
Tarix: 10-07-2015, 13:32 |
Çap et
Gülnarə Salahova keçmiş müdirini şərləyərək onun yerinə keçibQəzetimizin ötən saylarında biz dəfələrlə istər paytaxt Bakıda, istərsə də respublikamızın rayonlarında fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzlərindən (ƏSMM) bəzilərinin işində müşahidə olunan neqativ hallar barədə tənqidi materiallar dərc etmişik. Təəssüflər olsun ki, bu qurumlar vətəndaşların sosial durumlarının yaxşılaşmasına yardımçı olmaq funksiyalarını heç də həmişə layiqincə yerinə yetirmirlər.Elə bu səbəbdən də son zamanlar ƏSMM-lərin əksəriyyətində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları yenidən ölkə mətbuatında müzakirəyə çıxarılan aktual mövzulardan birinə çevrilmişdir. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da ƏSMM-lərin bir çox rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. O cümlədən, paytaxtın Yasamal rayonunun sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında burada fəaliyyət göstərən ƏSMM-nin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və bir çox başqa neqativ hallardan bəhs edən açıqlamalar təqdim olunmuşdur. İlk növbədə məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Şabanova bəzi məcburi tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Gülnarə Şabanovanın Yasamal ƏSMM-nin rəhbərliyinə gəlməsi xüsusunda mətbuata açıqlamanı təqdim edən mənbə iddia edir ki, bu xanım ilkin olaraq, qanunsuz yolla direktor müavini təyin edilib. Belə ki, o, əvvəlcə müqavilə ilə həmin vəzifəyə yerləşdirilib. Qanuna görə həmin vəzifəyə müsabiqə ya müsahibə elan olunmalı və qalib namizəd həmin vəzifəyə təyin olunmalıdır. Bunun əvəzində isə, Gülnarə Şabanova 2014-cü ilin oktyabr ayında respublikanın ən ucqar rayonu olan Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib və bu zaman onun heç bir rəqibi olmayıb. Sonra nazirlik tərəfindən Yasamal rayon ƏSM Mərkəzinə rəsmiləşdirilib. Daha sonra mənbə qeyd edib ki, Gülnarə Salahova mərkəzin xadiməsi Süleymanova Yazgülü öyrədib ƏƏSM Nazirliyinə şikayətə göndərməklə, keçmiş müdirin işdən çıxarılmasına nail olub: “Bundan sonra, özü direktor vəzifəsini icra etməyə başlayan kimi ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməkdən ibarət olub. Belə ki, Gülnarə Salahova daha çox rüşvət toplamaq üçün mərkəzdə ünvanlı sosial yardıma dəxli olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib...”Qeyd etməyə bilmərik ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə güclü himayədarlarının olması fikrini ortaya qoyur. Belə çıxır ki, ƏSMM rəhbərlərnin də əldə etdikləri çirkli pullar hələ də onların müdafiələrini əsaslı şəkildə təmin edə bilir. Etiraf etmək lazımdır ki, bu gün Yasamal ƏSMM-nin direktoru Gülnarə Salahovanın timsalında nəzər saldığımız problem, əslində ölkə miqyasında təcili həllini gözləyir. Təəssüflər olsun ki, hələ də bir çox şəhər və rayonlarda bu sahədə görülən işlərdə ən azından böyük boşluqların və bəlkə məhz bu səbəbdən yer alan kobud qanun pozuntularının mövcudluğu müşahidə edilir.