Nizami İsgəndərovu kimsə bə heç nə durdura bilmədi...
Tarix: 26-06-2015, 12:16 |
Çap et
İstirahət mövsümü olduğundan artıq paytaxt sakinləri, eləcə də ölkəyə təşrif buyuran turistlər istirahət mərkəzlərinə üz tuturlar. Xüsusilə bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərinə maraq daha çox olur. Çünki bölgələrdəki istirahət məkanları təbiət qoynunda olduğundan belə yerlərdə istirahət insanlara xüsusi zövq verir. Təəssüf ki, bütün istirahət məkanları haqqında bunu demək düzgün olmazdı. Çünki bəzi istirahət yerləri fəaliyyətlərində bağışlanmaz səhvlərə yol verirlər.
Belə məkanlardan biri və birincisi Nabranda yerləşən " Nabran Holiday Village" istirahət mərkəzidir. Bir müddət öncə məlum olaydan sonra bu məkanın bağlandığı deyilsə də, bizə verilən məlumata görə sözügedən obyekt fəaliyyətini davam etdirir və ölkəmizə gələn turistləri qəbul edir.
Xatırladaq ki, Nabranda " Nabran Holiday Village" istirahət mərkəzinin hovuzunda faciə ilə üzləşən 2 yaşlı İmran Cəfərzadənin başına gələnlər bütün ölkədə rezonansa səbəb olmuşdu. Lakin bu cür hadisədən sonra bu obyektin bağlanacağı barədə müvafiq qurumlar fikir bildirmişdi. Lakin deyilənlər özünü doğrultmadı. Bu məkana gələn turistlər görəsən İmran Cəfərzadənin başına gələnlərdən xəbərdardırlarmı? Görünür, onların bədbəxt hadisədən xəbərləri yoxdur. Əks təqdirdə, bu ünvana yollanmazdılar. Görəsən, sözügedən məkanda təhlükəsizlik məsələləri nə yerdədir?
Ümumiyyətlə, istirahət edən hər bir kəs əvvəlcədən fərdi şəkildə sığortalanmalıdır. Xüsusilə də istirahət üçün xarici ölkələrə üz tutan adamlar siğorta xidmətindən yararlanmalıdırlar. Çünki səfər zamanı həmin şəxsin başına hansısa bir bədbəxt hadisə gələ bilər. Turist xəstələnə bilər. Ona görə də istər ölkə daxilində istirahət edənlər, istərsə də istirahət üçün xarici ölkələrə üz tutan şəxslər sığorta haqqından istifadə etməyi unutmamalıdırlar. Bundan başqa istirahət mərkəzləri, eyni zamanda otellər də hər bir bədbəxt hadisədən sığortalanmalıdır. Ekspertlər bildirirlər ki, digər bir çıxış yolu isə istirahət mərkəzlərinin müştərilər qarşısında öz mülki məsuliyyətini sığortalatdırmasıdır. Mülki məsuliyyətin sığortasında isə hər bir hal məcəlləyə görə obyekt sahiblərinin mülki məsuliyyətini yaradacaq hər hansı bir əmlaka görə, sağlamlığa görə, öz təqsiri ucbatından orda dincələn adamın sağlamlığına vurulan hər bir zərər sığorta təminatına aiddir. Avropa ölkələrində turistlər dincəlmək istədiyi mehmanxananın öz mülki məsuliyyətini sığortalatdırmasına çox önəm verirlər. Yəni vətəndaşlar özləri də mülki məsuliyyəti sığortalanmayan ictimai iaşə obyektlərindən, istirahət mərkəzlərindən istifadə etmirlər.
Onu da qeyd edək ki, otellərdə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir. Çünki onlar işlərini dərindən bildiklərinə görə öz işlərinə qarşı məsuliyyətli olurlar. Bundan başqa yay fəsli gəldiyinə görə orada sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Hovuzlarda su vaxtlı-vaxtında təmizlənməlidir ki, orada istirahət edən şəxslər dəri xəstəliklərinə tutulmasınlar.
Qeyd edək ki, " Nabran Holiday Village" istirahət məkanının sahibi sabiq deputat Nizami İsgəndərovdur. Bu şəxs isə yenidən mandat qazanmaq sevdasına düşüb.
Reputasiyası zədələnmiş biznesmen parlament seçkilərində iştirak üçün qeyri-rəsmi təbliğata başlayıb.
Belə ki, bununla bağlı əldə etdiyimiz məlumata görə, N.İsgəndərov aktiv siyasi fəaliyyət yolunu seçib və ictimai həyatda özünü təsdiqləmək məqsədi var.
Qeyd edək ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və "Nabran Village Holiday" istirahət mərkəzi ilə yanaşı "Cavid" və "Sumqayıt" ticarət mərkəzlərinin sahibidir. Xatırladaq ki, Nizami isgəndərov 2005-ci ildə hakim YAP-nın siyahısı ilə deputat ola bilib. 2010-cu ildə isə müəyyən səbəblərdən seçkidən kənarlaşdırılır və Oqtay Əsədov onu özünə köməkçi götürür.
Çox keçmir ki, (5 ay) bu vəzifədən də kənarlaşdırılır və hazırda biznes fəaliyyəti ilə məşğuldur. İsgəndərovla bağlı zaman-zaman ölkə mətbuatında məlumatlar dolanıb. Məlumatlar sırasında onun biznes fəaliyyətindəki qanunsuz əməllərlə bağlı çoxlu faktlar sadalanıb.GündəlikBakı