Sabir Rüstəmxanlı: "Şahbaz Xuduoğlu da qəzada xəsarət alıb"
Tarix: 11-02-2015, 17:56 |
Çap et
“Yağış nəticəsində yol sürüşkən olub, qəza da buna görə baş verib. Maşın döngədə dərəyə aşıb”.
Bunu APA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı qardaşı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib.
S. Rüstəmxanlı bildirib ki, qəza nəticəsində Ş. Xuduoğlu da xəsarət alıb: “Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Hələ ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırıq”.
Qeyd edək ki, bu gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.