Ağdamda azad edilən ərazidə detonator partlayıb, ANAMA əməkdaşı xəsarət alıb
Tarix: 6-04-2024, 10:47 | Çap et


Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net