Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb
Tarix: 3-01-2024, 11:53 | Çap et


Azərbaycanın İnterpol xətti ilə axtardığı şəxs Türkiyədə saxlanılıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.

Nazir qeyd edib ki, "QƏFƏS-28” əməliyyatı çərçivəsində 18 ölkənin İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər saxlanılıb: “ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışla olan şəxslərə Türkiyənin 11 bölgəsində əməliyyatlar keçirilib. Onlar çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışda olub”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net