Zaqatalada şəlaləyə gedən Bakı sakinləri itkin düşüb, axtarış başlayıb
Tarix: 24-07-2023, 09:16 | Çap et


Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.


Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün iki nəfər şəxsiyyətləri hələki məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şələləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüblər.

Turistlərin itkin düşməsi barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verilib.

Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net