İnsanları mənzil başına deyil, ölümə aparan sürücü cəzalandırıldı - VİDEO
Tarix: 19-07-2023, 11:27 | Çap et


Bakıda avtobus sürücüsünün telefonla oynayıb, əllərini sükandan çəkərək kiməsə mesaj yazıb yola davam etməsinə dair görüntülər sosial şəbəkələrdə gündəm olub.

Vertikal.az BAKU.WS-ə istinadən xəbər verir ki, sürücü bununla da sərnişinlərin həyatını təhlükəyə atıb.

Sosial şəbəkələrdə yayılan görüntülər paytaxtın Mərdəkan qəsəbəsindən “Neftçilər” metro stansiyasına doğru hərəkət edən 141 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Sərnişinlər bildiriblər ki, belə kobud qayda pozuntularına yol verən sürücülər onları sanki ölümə aparır.

Sərnişinlər məsuliyyətsiz sürücülərə qarşı sərt tədbirlərin görülməsini istəyirlər.

Daşıyıcı şirkətdən isə "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən görüntülərlə bağlı araşdırma aparılıb, lazımi tədbirlər görülüb və həmin sürücü artıq işdən azad olunub.

Daha ətraflı süjetdə:






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net