Hacı Nuran Şuşada qəzaya düşüb - "Çox qorxmuşam"
Tarix: 13-06-2023, 12:20 | Çap et


Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib.

Vertikal.az Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu "Səhər mərkəzi” verilişində deyib.

Hacı Nuran bildirib ki, Şuşada keçirilən "Əziz Şuşa” velosiped turuna gedərkən avtomobil qəzasına düşüb:

"Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net