Tiflisdə iğtişaşlar: Su şırnaqları və gözyaşardıcı qazdan istifadə olundu
Tarix: 7-03-2023, 22:55 | Çap et
Tiflisdə iğtişaşlar: Su şırnaqları və gözyaşardıcı qazdan istifadə olundu

Çərşənbə axşamı hüquq-mühafizə orqanları Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Gözyaşardıcı qazdan dəfələrlə istifadə edildikdən sonra su şırnaqları işə düşüb.

Rustaveli prospektində parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Məlumata görə, iğtişaşlar nəticəsində zərərçəkənlər var, onlara tibbi yardım göstərilir.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net