Fransada zəhərli hava ilə bağlı təhlükə: Litium batareyaları anbarı yanır - FOTO
Tarix: 17-01-2023, 11:22 | Çap et
Fransada zəhərli hava ilə bağlı təhlükə: Litium batareyaları anbarı yanır - FOTO

Fransanın Qran-Kuron şəhərində litium batareyaları olan anbar yanır. Hadisə ilə bağlı yayılan kadrlarda müəssisənin alovlara büründüyü görünür.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Onlar alovun qarşısını almağa çalışırlar. Amma hələ ki nəticə ala bilməyiblər. Yanğın yaxınlıqda yerləşən, 70 minə yaxın avtomobil təkərinin saxlanıldığı anqara keçib.



Yanğının ümumi sahəsi təxminən 12 min kvadratmetrdir.

Qeyd edilir ki, litium yandıqda zəhərli ola bilər.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.





Mir24 TV




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net