İranla sərhəddə silahlı sərhəd pozucusuna atəş açılıb
Tarix: 6-01-2023, 12:17 | Çap et


İranla dövlət sərhədində sərhəd pozucusuna atəş açılıb.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş sərhəd pozucusu sərhəd naryadı tərəfindən verilən “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq edib və sərhəd pozucusunu ayağından yaralayıb.

Saxlanılan şəxsin üzərindən 1 (bir) ədəd xəncər aşkar edilib. Yaralanmış şəxsə sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı 1 (bir) ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə “marixuana” (xırda bükümlərdə “metamfetamin”, 1000 (min) ədəd psixotrop tərkibli “gapaprel” həbləri) və 1 (bir) ədəd bıçaq aşkar olunaraq götürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net