Azərbaycanda zəlzələ oldu
Tarix: 15-12-2022, 23:57 | Çap et
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda 3,9 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 kilometr cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net