Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada hökm oxundu
Tarix: 7-12-2022, 09:51 | Çap et
Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada hökm oxundu

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

Ukrayna mətbuatı xəbər verir ki, adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən dərhal sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz ediblər.

Məhkəmə salonunda gərginlik yaşanıb.

Xatırladaq ki, təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev milliyətcə erməni olan şəxslər tərəfindən şərləndiklərini iddia edirlər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net