Magistral kəmərdə qəza Yasamal və Səbail rayonlarının bəzi ərazilərini susuz qoyub
Tarix: 26-10-2022, 08:48 | Çap et


“Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib”.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub:

“Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net