Tərtərdə bir nəfər minaya düşməs ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 2022-ci il 23 oktyabr tarixində Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Məlumata əsasən mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!