Zaqatalada yüksək dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - FOTO
Tarix: 31-08-2022, 08:59 | Çap et


Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin çətin relyefli yüksək dağlıq meşəlik ərazidə başlayan yanğın axşam saatlarında məhdudlaşdırılıb. Yanğın ümumilikdə 10 hektar ərazini əhatə edib. Ərazidə kol-kos, quru ot, xəzəl, qurumuş ağac və kötükləri yanıb. Hazırda ərazidə yanğının tam söndürülməsi, soyutma və kəşfiyyat işləri aparılır.



Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Zaqatala Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunib. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net