Samuxda İcra Hakimiyyəti qarşısında özünü yandıran Qazinin vəziyyəti AĞIRDIR
Tarix: 19-08-2022, 10:58 | Çap et
Samuxda İcra Hakimiyyəti qarşısında özünü yandıran Qazinin vəziyyəti AĞIRDIR

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Təbriz Abdullayevin Vətən Müharibəsi iştirakçısı, qazi olduğu bildirilir. //apa//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net