Təhsil Nazirliyindən Laçının anım gününə qadağa
Tarix: 19-05-2015, 09:45 | Çap et
Təhsil Nazirliyindən Laçının anım gününə qadağa
Mayın 18-i Azərbaycanın əzəli torpaqlarından biri olan Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsi günüdür. JAM.AZ xəbər verir ki, hər il digər rayonların işğaalı kimi, Laçının da ermənilər tərəfindən silah gücünə əldə edilməsi anım mərasimi ilə qeyd olunur.

Qeyd edək ki, bu günlə əlaqədar ölkənin ictimai-siyasi xadimləri daxil olmaqla yanaşı, digər kateqoriyadan olan insanlar da Laçını anma mərasimləri təşkil edirlər. Amma…

İşin amması odur ki, bu il orta məktəb müəllimləri və şagirdləri Laçın və digər rayonların işğalı günləri ilə bağlı tədbirlər keçirə bilməyəcəklər. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı jurnalist Elçin Həsənov Facebookda yayıb.

Onun məlumatına görə, Sumqayıt və Bakıda yerləşən bir çox orta məktəblərin müəllimləri Laçının işğal gününü qeyd etməyə hazırlaşdıqları bir vaxtda, Təhsil Nazirliyindən gələn təlimatdan şoka düşüblər. Belə ki, nazirlik Bakıda keçiriləcək Avropa Yay Oyunları ilə əlaqədar bu tip hüzünlü mərasimlərin təşkil edilməməsi üçün qəti tapşırıq verib. Nazirliyin direktorlara verdiyi təlimata əsasən Avropa oyunları ilə bağlı yollar bağlı olacaq və şagirləri ora aparmaq da icazəsizdir.

JAM.AZ xəbər verir ki, işğal günlərinin qeyd edilməsinin Təhsil Nazirliyi tərəfindən qəbul edilməsi qətiyyən başa düşülən deyil. Avropa Oyunları ilə yetərli qədər qadağaların qoyulmasına, bir də bunun əlavə olunması sözün həqiqi mənasında biabırçılıqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net