Bakı-Moskva reysi ilə uçan təyyarə texniki səbəblərdən hava limanına geri qayıdıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.