Rusiyanın Vladimir vilayətinin Barsovo kəndindəki hərbi hissədə silah-sursat anbarında mərminin partlaması nəticəsində 4 nəfər həlak olub.
APA-nın Rusiya bürosunun TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində daha 1 nəfər yaralanıb.
"Barsovodakı hərbi hissədə 4 nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında üç hərbçi, bir anbar işçisi var", - deyə Kirjaç rayon xəstəxanasının təcili yardım şöbəsinin nümayəndəsi bildirib.