Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib. Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma başlayıb.
Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.
Daxili Qoşunların hərbçisi, 1997-ci il təvəllüdlü çavuş Ömərov Seyidaga Mirzaga oğlunun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.