Gəncədə yaşayış binasında partlayış olub, ölən var - YENİLƏNİB
Tarix: 26-05-2022, 07:34 | Çap et

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qazsımadan yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

07:05
Gəncə şəhərində fərdi evdə yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun cəsədi aşkarlanıb.

Yanğının başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net