Yaşıllığın qeydinə qalan Qazax sakininin özü şərə düşdü
Tarix: 15-05-2015, 10:47 | Çap et
Yaşıllığın qeydinə qalan Qazax sakininin özü şərə düşdü
Qazax rayon sakini Abdullayev Mübariz Məhərrəm oğlu tərəfindən Vertikal.az-a ərizə ünvanlanıb. Ərizəni olduğu kimi - nöqtə-vergülünə toxunmadan diqətinizə çatdırırıq:

"Yazıb bildirirəm ki,mən öz həyatyanı sahəmdə Azərbaycan respublikası Tovuz rayon “Tovuz Memarlıq,layihə və təmir tikinti” Məhdud Məsuliyyəti Cəmiyyəti Lisienziya <-11-025№022662.2011-ci il tarixli Eksiz Layihəsinə əsasən bina inşa etmişəm.Qeyd edim ki,inşa elətdirdiyim binanin pəncərələri Qazax şəhər Avtovağzalının yaşıllıq sahəsinə açılır.Onu da qeyd edim ki, Qazax şəhər icra hakimiyyətinin müavini Nağdalıyev Fərman Avtovağzalın yaşıllıq sahəsi eni 3m 80sm olan yaşilliq sahəsinə guya orada yarimtikili kimi qeyd etdiyi əraziyə magaza tikintisi ucun 13.01.2014-cu il tarixində №2/01 sərancami vermisdir.Qeyd edim ki,orada heç bir tikili yoxdur.Səracama əsasən bezi işbazlar öz mənafeyleri uçun İmanquluyev Adil adli şexs oradaki yaşiliqlari qirarken mən bir Azərbaycanli vətandaşi kimi yaşiliqlarin qirilmasina öz etirazimi bildirərək ona dedim ki ,Ulu Öndərimiz deyib Agacin bir budagini kəsən,mənbim qolumu kəsir şuarini bilmirsən .O, bu söze məhəl qoymayaraq dahada orada olan nəhəng ,gozəl,böyuk çinar ağacinin birini durujba ailətinin köməyi ilə tanimadiğim bir şəxsə kəsdirib . Mənə bu barədə tez aidiyyəti olaraq Qazax şəhəri Ekalogiya idarəsinə ve hüquq mühafizə orqanına bildirdim və aidiyyəti orqanlardan gəlsələr də, nədənsə, heç bir ölçü götürmədilər.İmamquluyev mənim bu etirazımdan sonra ,Vəliyev Rüstəm Oruc oğlunu özünə vəkil tutdu. Onun vəkili özü ilə bərabər 5-6 nəfər işçi qrupu gətirib əraziyə gəldi.İşçilər mənim pəncərəmin qarşısında bünövrə qurmaq üçün qalan yaşıllıq sahəsini yenidən məhv etməyə başladıqda mən tez mobil telefonum vasitəsilə Qazax rayon Ekologiya sahəsinin müdürünə zəng vurub məlumat verdikdə bunu görən Rüstəm Vəliyev işçilərinidə götürüb tez ərazini tərk etdilər.
Mənim ikinci etirazımdan sonar, məndən iddiya ərizəsi ilə məhkəməyə müraciət etdilər.Qazax şəhər məhkəməsi Məhərrəm Allahverdiyev yerində heç birbaxış keçirmeden nədənsə qarşı tərəfin haqsız iddiasını təyin etdi.Mən hakimə bildirdim ki, orada 800 manatlıq tikili yoxdur o mənim bu sualımada cavab vermədi.Mən qətnaməni etdikdən sonra,poçt vasitəsilə Apelyasiyaya şikayət vermək üçün,məhkəməyə üz tutdum.Onlardan sənədlərimi tələb edəndə, mənə baxılmış işi gətirdilər və mənim sənədlərimi həmin baxilmış işim içində yox idi.Onlar mənim sənədlərimi bir qədər axtarandan sonra , başqa bir otaqdan çətinlikə də olsa tapıb çıxartdılar və mənə təqdim etdilər. Mən onlara öz etirazımı bildirdim ki, mənim sənədlərimi nə üçün baxılmış sənədlərin içində deyil? Onlar mənə heç bir cavab vere bilmədilər.
Mən bir Azerbaycan vətəndaşı kimi, bu haqsızlıqlara göz yuma bilmirəm, və sizdən artıq dərəcədə xahiş edirəm mənə köməklik edəsiz".

Əks tərəfin də münasibətini yaymağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net