Rusiya ordusu Xarkovu atəşə tutub.
APA xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov "Telegram" kanalında məlumat verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
"Xarkov və rayonun yaşayış məntəqələri atəşə tutulmaqda davam edir. Ən çox vilayət mərkəzində, Severnaya Saltovkada və Saltovka hədəf olunub. Rusiya ordusu küçələri, yaşayış binalarını, anbarları atəşə tutur", - o yazıb.