General oğlunun evindən oğurlanan əmtəə və əşyaların SİYAHISI
Tarix: 8-04-2022, 16:48 | Çap et
General oğlunun evindən oğurlanan əmtəə və əşyaların SİYAHISI

Bakıda oğurluq etməkdə təqsirləndirilən alpinist Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Cavid həbsxanada çarpayıdan yıxılıb və baş verənləri xatırlamadığını deyir.

Zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Elə sonuncu oğurluq hadisəsi də Vüsal Mirzəyevin evindən olub.

Musavat.com general oğlunun evindən oğurlananların siyahısını əldə edib. Belə ki, Mirzəyevin evi 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. O bildirib ki, 2021-ci il mayın 12-dən 14-nə qədər evdə olmayıblar. Oğurluq da bu müddətdə baş verib. Mənzilə qayıdanda evdən 150 min dəyərində qızıl-zinət əşyalarının, 7 min manat, 3 min dollar və 1200 lirə pulun oğurlandığını görüblər.
Alpinizm üsuluyla mənzil oğurluqlarının üstü məhz general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Süleymanov və Əhmədov sonuncu bu evdən oğurluq ediblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net