Sosial şəbəkəkədə şəhidləri təhqir edən şəxsin kimliyi məyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalarla şəhidlərin ünvanına nalayiq ifadələr işlədən şəxs müəyyən edilib.
Həmin şəxs ruhi-əsəb xəstəsi olduğundan müalicəsinin davamı üçün qeydiyyatda olduğu dispanserə təhvil verilib.