Amnistiya aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən 5730 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi yanından Probasiya Xidmətinin rəisi Musa Hümbətov deyib. O bildirib ki, cəzadan azad edilən şəxslərin 24 saat ərzində qadağası ləğv edilib.