Azərbaycan Ordusunun hərbçisi avtomobil qəzasında həlak olub
Tarix: 4-03-2022, 10:22 | Çap et
Azərbaycan Ordusunun hərbçisi avtomobil qəzasında həlak olub

Martın 3-d hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Vüsal Vüqar oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, V. Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net