Tovuzda 9 aylıq körpə ağır yanıq xəsarəti alıb.
Musavat.com xəbər verir ki, "Qafqazinfo"nun xəbərinə görə, rayonun Dönük Qırıqlı kənd sakini, 2021-ci il təvəllüdıü Adəm Ruhin oğlu Mehdiyev bədənin 3-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyəti ağır olduğundan Bakıya tibb müəssəsinə gətirilib.
9 aylıq körpənin evdə nəzarətdən yayınaraq soba üzərində olan qaynar suyu üzərinə dağıtdığı bildirilir.