Bakıda beş gün əvvəl əri tərəfindən balta ilə öldürülmüş qadın “Lider TV”də işləyirmiş – TƏFƏRRÜAT
Tarix: 9-01-2022, 17:09 | Çap et
Bakıda beş gün əvvəl əri tərəfindən balta ilə öldürülmüş qadın “Lider TV”də işləyirmiş – TƏFƏRRÜAT
Bakıda beş gün əvvəl baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

APA xəbər verir ki, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində əri tərəfindən balta və bıçaqla öldürülən 1991-ci il təvəllüdlü qadın Həmidə Həsənova deyil, Nahidə Həsənovadır.
Nahidə Həsənovanın əvvəllər “Lider” Televiziyasında texniki şöbədə işlədiyi də məlum olub.


Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net