Bakıda ağır qəza baş verib, ölən və yaralananlar var.
Tarix: 27-12-2021, 03:17 | Çap et
Bakıda ağır qəza baş verib, ölən və yaralananlar var.

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb və bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Məmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Xanmirzəyev Şahüseyn Xəqani oğlu hərəkətdə olan zaman Camallədin Məmmədov idarə etdiyi “AzSamand” markalı maşını onun nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, o cümlədən onun atası, 1968-ci il təvəllüdlü Xəqani Xanmirzəyev Şahüseyn oğlu, anası Xanmirzəyeva Rəsmiyyə Bilal qızı ağır xəsarətlər alıb.

Qəza zamanı “Azsamand”ın sərnişini, 1981-ci il təvəllüdlü Əliyev Ramin Sabir oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“AzSamand”ın sürücüsü Camallədin Məmmədov hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq “morq”a təhvil verilib.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşı Samir Əzimov APA-ya açıqlamasında bildirib ki, “AzSamand” markalı maşının sürücüsü sükan arxasında yuxuya gedib. Qəzaya səbəb məhz bu olub.




Xəbərlər
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net