Azərbaycanda daha iki məhkum həbsdə ölüb.
Vertikal.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, hadisə Pentiensiar xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkumlar - Sərvər Abbasov və Mübariz Hüseynov vəfat ediblər. Onların xəstəlikdən öldüyü bildirilir. Ölümün dəqqi səbəbləri təyin olunmuş tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, son 1 ayda Azərbaycanda 7 məhkum həbsdə ölüb.