Baku TV 19 ildən çoxdur minaaxtaran kimi fəaliyyət göstərən Bəhruz Nəsirov haqqında reportaj hazırlayıb.
42 yaşlı ANAMA əməkdaşının sözlərinə görə, hərbə uşaqlıqdan marağı olub. İnsanların həyatını təhlükədən qurtarmaq istəyi onu bu peşəyə yiyələnməyə sövq edib.
Reportajda Bəhruz Nəsirov minaların növlərindən, peşəsini icra edərkən qarşılaşdığı risklərdən bəhs edib.
“Minalar həddən artıq çoxdur. Gün ərzində 70-80 ədəd mina çıxarırıq”, - deyə minaaxtaran qeyd edib.