1 milyon dollarlıq dələduzluqda ittiham olunan keçmiş polisin MƏHKƏMƏSİ BAŞLAYIR
Tarix: 8-12-2021, 09:17 | Çap et
1 milyon dollarlıq dələduzluqda ittiham olunan keçmiş polisin MƏHKƏMƏSİ BAŞLAYIR

Xüsusilə külli miqdarda dələduzluqda təsirləndirilən Elvin Həşimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, E. Həşimli 1 milyon dollardan çox dələduzluqda ittiham olunur. O keçmiş polis əməkdaşı olub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü(xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində Möhkəm Səmədov tanınıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net