Jurnalın sabiq baş redaktoru Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunur.
Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.
Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.