DİN: 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı iddialar yoxlanılır
"Paytaxtın Suraxanı rayonunda 282 nömrəli məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".
APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev özünün "facebook" səhifəsində yazıb.
O bidlirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən məsələnin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Qeyd edək ki, paytaxtın Suraxanı rayonunda 282 nömrəli məktəbdə şagirdlərin müəllimlərlə əlbəyaxa dava etməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.