Azərbaycanda faciə: maşınla kanala düşüb boğuldular FOTO VİDEO
Tarix: 6-12-2021, 10:25 | Çap et
Azərbaycanda faciə: maşınla kanala düşüb boğuldular FOTO VİDEO

Avtomobilin kanala düşməsi ölümlə nəticələnib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu idarə etdi “QAZ-31” markalı 54 BM 990 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Sabir adına kanala aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğlu suda boğularaq ölüblər. Meyitləri sudan çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad YMX-nın xüsusi riskli xilasetmə qüvvələri cəlb edilib.

Meyitlər sudan çıxarılaraq müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya mərkəzinə yerləşdirlib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net