Goranboy rayonunda 2 Türkiyə vətəndaşı və bir azərbaycanlı dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.
Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.