Bakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb. APA xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yerləşən “1033” klubuna Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olub.
Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb. Onlara müvafiq olaraq protokol tərtib olunub.