Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib.
“Report”un əldə etdiyi məlumata görə, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, DTX əməkdaşları tərəfindən həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev hökmə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər qərarla Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilib.