Bakıda evdə partlayış: Xəsarət alanlar var
Tarix: 28-10-2021, 10:12 | Çap et
Bakıda evdə partlayış: Xəsarət alanlar var
“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlayış baş verib. Nəticədə mənzildə kirayənişin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıb. Onlar təcili tibbi yardım vasitəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralılardan E.Əliyevin vəziyyəti normal, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı ümumilikdə sahəsi 80 kvadratmetr olan ev üç otaq və bir mətbəxdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb.

Partlayışın başvermə səbəbi araşdırılır.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net