Ağdaşda 15 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.
Vertikal.az əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayonu ərazisində yaşayan Şuşalı məcburi köçkün ailəsinin evində baş verib. Hələ ki, məlum olmayan səbəbdən 2006-cı il təvəllüdlü Həsənzadə Yaqut Münasib qızı sirkə turşusu içib.
Hadisədən zamanında xəbərdar tutan doğmaları onu təcili xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.