Azərbaycanda qanunsuz ov edən şəxslər SAXLANILDI
Tarix: 25-10-2021, 09:43 | Çap et
Azərbaycanda qanunsuz ov edən şəxslər SAXLANILDI

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov və mülki silahın daşınması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Aşağı Tala kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, həmin şəxslərin rayonun Faldarlı kənd sakinləri Səbuhi Səmədov və Canqa Süleymanov olduqları müəyyən edilib. Onlardan qanunsuz olaraq ovladıqları dovşan və ov tüfəngləri götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net