Xudatda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib
Tarix: 15-10-2021, 09:53 | Çap et
Xudatda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib
vertikal az: - Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması, daşıması və satmasında şübhəli bilinən Xudat şəhər sakinləri Fərman Şahmuradov və Rüstəm Seyidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı istintaq aparılır.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net