Telman İsmayılov Monteneqroda saxlanılıb
Tarix: 1-10-2021, 21:21 | Çap et
Telman İsmayılov Monteneqroda saxlanılıb

Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Monteneqroda saxlanılıb.

T.İsmayılovun Podqoritsa şəhərində saxlanıldığ yazılır.

Qeyd edək ki, Rusiyanın ən varlı iş adamlarından olan T.İsmayılov barədə 2009-cu ildə hüquq-mühafizə orqanlarına rəhbəri olduğu paytaxtın ən böyük topdansatış ticarət mərkəzi Çerkizovski bazarının fəaliyyəti ilə bağlı genişmiqyaslı şikayətlər daxil olub.

Səhiyyə orqanları orada çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlanıb.

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib.

Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.

Mənbə: “Vijesti”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net