Yevlaxın sabiq icra başçısı Qoca Səmədov həbsdən buraxıldı SON DƏQİQƏ
Tarix: 15-09-2021, 10:16 | Çap et
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov həbsdən buraxıldı SON DƏQİQƏ

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

Bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net