Bakı metrosunda problem yaşanıb.
Bu barədə Vertikal.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə “Ulduz” stansiyasında dayanıb:
“Təlimat tələbinə uyğun olaraq, sərnişinləri düşürülüb. Qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə yubanma olub”.