Rövşən Əkbərovun oğlunun hücum etdiyi vəkil polis şöbəsində izahat verib
Tarix: 2-09-2021, 13:26 | Çap et
Rövşən Əkbərovun oğlunun hücum etdiyi vəkil polis şöbəsində izahat verib
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.

Bu barədə Elçin Sadıqov özü sosial şəbəkədə paylaşım edib.

“Bu gün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, - deyə E.Sadıqov bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclası zamanı R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkə hesabında bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net